Maldini – Ən yaxşı idman direktoru!

Paolo Maldini 2022-ci ildə İtaliya A Seriyasının “Ən yaxşı idman direktoru” mükafatına sahib olub.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “Milan”ın əfsanəsi vəzifəsi barədə danışıb. O, bu vəzifənin başqa klublarda olmadığını xüsusi qeyd edib:

“Mükafatlanmaq həmişə xoşdur. Mənim vəzifəm tam idman direktoru deyil. Daha doğrusu, texniki direktorla idman direktorunun qarışığıdır. Bu, başqa klublarda olmayan bir vəzifədir. Əvvəlcə bu mənə qeyri-adi görünürdü. Lakin indi mənə böyük həzz verir”.

Maldini 2019-cu ilin yayından klubun texniki direktoru vəzifəsindədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button