Əl çəkmirlər – Daha bir təklif verəcəklər

“Çelsi” 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının ən yaxşı gənc oyunçusu seçilən “Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandesi almaqda qərarlıdır.

Komanda.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, “Çelsi” əvvəlki danışıqların uğursuzluğundan sonra təslim olmayıb və cari qış transfer pəncərəsi bitməmiş argentinalı yarımmüdafiəçini almaq üçün “Benfika”ya daha bir təklif verəcək.

Daha əvvəl bildirilmişdi ki, “Benfika” “Çelsi”nin Fernandesin transferi ilə bağlı bütün təkliflərini rədd edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button