“Yuventus” onun üçün 100 milyon istəyir

“Yuventus” futbolçusu Paulo Dibalanı satmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi argentinalı hücumçunun transfer dəyərini müəyyənləşdirib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Bavariya” və “Mançester Yunayted”in yaxından maraqlandığı Dibala üçün “Yuventus” 100 milyon avro tələb edir. 25 yaşlı oyunçunun da “qoca sinyora”dan ayrılmağa müsbət yanaşdığı bildirilir.

Dibala, cari mövsümdə 39 qarşılaşmada iştirak edərək, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button