“Valensiya”da 6 illik müqavilə

İspaniyanın “Valensiya” klubu yarımmüdafiəçisi Yunus Musa ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, amerikalı futbolçu ilə 6 illik yeni müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc yarımmüdafiəçi bu mövsüm “Valensiya”da 10 rəsmi oyuna çıxıb.

Qeyd edək ki, 18 yaşlı futbolçu “Valensiya”ya 2019-cu ildə London “Arsenal”ından gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button