Eriksenin əvəzinə “Barselona”nın futbolçusu

“Tottenhem” “Barselona”nın futbolçusu Karles Alena ilə yaxından maraqlanır.

Komanda.az xəbər verir ki, 21 yaşlı ispan yarımmüdafiəçi komandadan ayrılacağı gözlənilən Kristian Eriksenə əvəzləyici kimi düşünülür. Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettinonun xüsusilə istədiyi Alena üçün qış transfer pəncərəsi dövründə danışıqlara start veriləcək.

“Barselona”nın yetirməsi olan Alena, bu mövsüm bir oyunda forma geyinib. Onun Kataloniya təmsilçisi ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button