Sarri razıdır, amma məmnun deyil

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Ayntraxt”la 1:1 hesablı bərabərliyə razılaşan “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, bu oyunda qələbəyə layiq olduqlarını deyib:

“Oyunumuzdan çox razıyam, amma məmnun deyiləm. İkinci hissədə 35 dəqiqə çox yaxşı oynadıq və qələbəyə layiq olduq, amma alınmadı. İkinci hissədə taktikanı deyil, fikrimizi dəyişdirməyə çalışdıq. 0:0 hesabını saxlamaq bizim oyunumuz deyil. Buna baxmayaraq, nəticə elə də pis deyil.  

Cavab matçında daha da diqqətli olmalıyıq. Xüsusilə də, Luka Yoviç çox təhlükəli futbolçudur. Rəqib komanda olaraq dinamik və çox aqressivdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button