“Sabah”da baş məşqçi dəyişikliyi RƏSMİ

“Sabah” klubunun baş məşqçi postunda dəyişiklik edilib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub.

Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək.

İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button