Mourinyo qəzəbləndi: “Buna görə də, biz sizdən daha çox pul qazanırıq”

“Roma”nın baş məşqçisi Joze Mourinyo “İnter”lə keçirilən A Seriyası matçından sonra baş tutan mətbuat konfransında jurnalistlərə qəzəblənib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, “Marca” nəşrinin jurnalistinin “İnter”ə məğlubiyyətin səbəbləri haqda verdiyi sualı cavablandırmayıb və müxbirlərə sərt reaksiya verib:

“Sizin işiniz bizimkindən daha asandır. Buna görə də, biz sizdən daha çox pul qazanırıq”.

“Roma” A Seriyasının 16-cı turunda “İnter”ə 0:3 hesabıyla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button