Region Liqasının püşkü atıldı

Bu gün Region Liqasında 2019/20 mövsümünün püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatma mərasimi 4 şəhərdə – Bakıda (AFFA Futbol Akademiyası), Mingəçevirdə (Gənclər evi), Ağsuda (Şəhər stadionu) və Lənkəranda (Olimpiya və İdman Kompleksində) keçirilib.

Liqanın oyunlarına oktyabrın 26-da və 27-də start veriləcək.

Turnirin iştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:

Paytaxt və Şimal regionu

Komandalar:
Şahdağ (Quba)
Şirvanovka FK
Uğur FK (Sumqayıt)
Qardaşlar FK
Xudat FK
Şahdağ FK (Qusar)
Qusar FK
İrəvan FK

1-ci turun oyunları
Şahdağ (Quba) – Şirvanovka FK
Uğur FK (Sumqayıt) – Qardaşlar FK
Xudat FK – Şahdağ FK (Qusar)
Qusar FK – İrəvan FK

Mərkəz regionu

Komandalar:
Mil FK
Şamaxı FK
Ağsu Siti
Araz (Saatlı)
İmişli

1-ci oyunları
Şamaxı FK – İmişli
Ağsu Siti – Araz (Saatlı)

Cənub regionu

Komandalar:
Ümid (Cəlilabad),
TST-Astara
Ərkivan (Masallı)
Alyans FK
Şıxlar (Qobustan)
Neftçala FK

1-ci oyunları
Ümid (Cəlilabad) – Alyans FK
TST-Astara – Şıxlar (Qobustan)
Ərkivan (Masallı) – Neftçala FK

Şimal-Qərb və Qərb

Komandalar:
Energetik PFK
Göyəzən,
Qoşqar UGİM-2 (Gəncə)
Şəki
Oğuz

1-ci turun oyunları
Energetik PFK – Oğuz
Şəki – Göyəzən

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button