“Azərbaycanda görüşlər olub ki, tribunalarda bir dəstə azarkeş görünürdü” – Jezniçak

“Qarabağ”ın sabiq futbolçusu, hazırda Polşanın “Visla” klubunda forma geyinən Yakub Jezniçak müsahibə verib.

Komanda.az “pilkanozna.pl” saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi müsahibəsində Azərbaycandakı günlərindən də danışıb:

“Həm “Legiya”, həm də “Qarabağ”da azarkeşlərsiz oynadığımız matçlar olub. Azərbaycanda görüşlər olub ki, tribunalarda bir dəstə azarkeş görünürdü. Buna görə də azarkeşsiz oyuna öyrəşdim. Ancaq bir çox oyunçu üçün bu, yeni olacaq. Başqa bir şey odur ki, bəzi stadionlara az azarkeş gəlirdi, buna görə də çox fərq olmayacaq”.

Jezniçak, “Legiya” və “Qarabağ” klublarıyla çempionluq yaşaması haqda da bunları deyib:

“Belə bir söz var: İstedaddan daha çox nəticə. Həyat mənə çox şey verdi, buna görə minnətdaram. Çox işləmək və bir az şans istedaddan daha vacibdir”.

Yakub Jezniçak 2017 – 2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. Müdafiəçi, 2019-cu ilin yayından “Visla”nın şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button