Çin klubunun tarixinə düşdü – “Qarabağ”ın sabiq hücumçusu

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu Çinin “Çjetsyan Qrintaun” klubunun tarixinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Kickoff” nəşri məlumat yayıb. Ndlovu Çin təmsilçisinin tarixində ən çox qol vuran oyunçu olub. 

30 yaşlı hücumçu Çin Super Liqasına vəsiqə uğrunda  pley-offda (2:2) “Uhan Çjoer”lə ilk matçda 90+9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla da, Ndlovu, Çin klubunda vurduğu qolların sayını 42-yə (65 oyun) çatdırıb. Dino 88 görüşdə 41 dəfə fərqlənən braziliyalı hücumçu Anselmo Ramonun rekordunu qırıb.

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button