“Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində öz meydanında Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, qarşılaşmanın biletləri sabah, saat 12:00-dan etibarən satışa çıxarılacaq. Bu barədə klubun saytı məlumat yayıb.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50  və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Qarabağ FK fan-şop (Park Bulvar)

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

ASAN Sumqayıt

İticket.az (onlayn)

“Qarabağ” – “Düdelanj” oyunu dekabrın 12-də, saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button