“Qalatasaray” “Nyukasl”ın müdafiəçisiylə anlaşıb

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə qərar verib.

Komanda.az xəbər verir ki, İstanbul klubu “Nyukasl”dan Deandre Yedlini heyətinə qatmaq niyyətindədir. Klubun 27 yaşlı müdafiəçi ilə razılığa gəldiyi bildirilir. Məlumata görə, futbolçu tezliklə İstanbula gedəcək və “sarı-qırmızılar”la 3,5 illik müqaviləyə imza atacaq.

Yedlinin “Nyukasl”la müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. O, bu mövsümdə Premyer Liqada 6 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button