“Oyuna yanaşmamız düzgün olmadı” – Sarri

İtaliya A Seriyasının 21-ci turu çərçivəsində “Napoli”yə 1:2 hesabı ilə məğlub olan “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis, məğlubiyyəti belə şərh edib:

“Oyun ərzində çox passiv idik, buna görə də, işimiz çətinləşdi. Komandada intensivlik, eyni zamanda mövqelər arasında birlik yox idi. Oyuna yanaşmamız düzgün olmadı. Bir futbolçunun və ya mövqeyin oyununu təhlil etmək doğru deyil. İstədiklərimizi meydanda göstərə bilmədik. Psixoloji cəhətdən də yaxşı deyildik, enerjimiz yox idi. Oyunda həyəcanın olmaması taktiki problemlərə səbəb olur.

“Napoli”nin futbolçuları üçün xoşbəxtəm, onları hər zaman sevəcəm”.

Sarri əvvəllər “Napoli”nin “sükanı arxasında” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button