“Oyuna nəzarəti itirmişdik” – Emin Mahmudov

“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra jurnalistlərə müsahibəsində öncə bunları söyləyib:

  • Birinci hissəyə çox pis başladıq. Rəqib əks-hücuma çox yaxşı çıxırdı. Oyuna niyə belə başladığımızı bilmirəm. Bəlkə də, tam köklənə bilmədik.
  • “Arsenal”la oyundan sonra komandada arxayınlıq vardı?
  • İnanmıram ki, komandada arxayınlıq olsun. Çünki 3-cü mərhələdə olduğumuzu, 13 min azarkeşin qarşısında oynayacağımızı bilirdik. Buna görə də, bizdə arxayınlıq yaranmamalıdı. Çalışacağıq ki, cavab matçında daha yaxşı oyun göstərək. Əsas nəticə əldə etməkdi.
  • Əvvəlki 2 mərhələdə qol buraxmayan “Neftçi” bu gün iki qol buraxdı. Bunun səbəbini nədə görürsüz?
  • Düşünürəm ki, oyuna nəzarəti itirmişdik. İki əks-hücumdan qol buraxdıq. Bu əks-hücumlar bizim üçün çox problem yaratdı.
  • Oyunun nəticəsi ədalətli idi?
  • Nəticə hər zaman ədalətli olur.
  • Növbəti mərhələ üçün şansları necə dəyərləndirirsən? Komandanızda mərhələ keçmək üçün güc varmı?
  • Gücümüzün çatmayacağını düşünsək, gərək heç ikinci matçda meydana çıxmayaq. Meydana qələbə qazanmaq üçün çıxacağıq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button