“Mihayloviçin verdiyi açıqlamadan sonra şok olmuşdum” – Kapitan

İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mihayloviçdə qan xərçənginin aşkarlandığını xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Bolonya”nın kapitanı Blerim Dzemaili, baş məşqçinin yanında olduqlarını bildirib:

“Mihayloviçin verdiyi açıqlamadan sonra şok olmuşdum. Əslində, bir müddət əvvəl onunla danışmışdım, amma onun vəzifəsinə davam edəcəyini gözləmirdim. Sinişa üzündəki təbəssümlə baş məşqçiliyə davam edəcəyini dedi. O, hərtərəfli bizim liderimizdir. Bizi hədəflərimizə sağlam xarakterlə aparmağı bacardı.

O, bu mübarizədə qalib gələcək. Biz onun ailəsiyik. O, bizim üçün ata kimidir. Son altı ayda yaşadıqlarını bizə çox az hiss etdirməyə çalışdı. Onun necə biri olduğunu hamımız bilirik. O, güclüdür və bu mübarizə üçün də gücündən istifadə edəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button