“O, başqa planetdəndir” – Vidal

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Liverpul”a 3:0 hesabı ilə qalib gələn “Barselona”nın yarımmüdafiəçisi Arturo Vidal matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu, komanda yoldaşı Lionel Messi haqqında danışıb:

“Liverpul”a qarşı bu mövsümün ən çətin oyununu keçirdik. Mübarizə dolu bir oyun oldu.

Messi haqqında çox danışmağa ehtiyac yoxdur. O, başqa planetdəndir. Bu oyunda hər şeyi düzgün etdi. İnanılmaz oyun göstərdi və iki qolu birdən vurdu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button