“Azərbaycanda ilk müqaviləm bu səbəbdən çətin oldu” – Gerye

“Neftçi”nin futbolçusu Donald Gerye Haiti mətbuatına açıqlama verib.

Komanda.az “haititempo.com” saytına istinadən xəbər verir ki, Gerye, “Visla”da çıxış edərkən, Almaniyanın “Volfsburq” klubunun onunla maraqlandığını deyib:

“Visla”da çıxış edərkən mövsümöncəsi hazırlıq çərçivəsində “Volfsburq”la matçda yaxşı oynayıb, qol vurduqdan sonra Almaniya təmsilçisinin rəhbərləri klubumla əlaqə saxlamaq istədilər. Ancaq onda Haiti pasportuna sahib olmağım, mənim əleyhimə oldu. Azərbaycanda da ilk müqaviləm bu səbəbdən çətin oldu. Pasport məsələsi işimi asanlaşdırmadı və müqavilə imzalamaq üçün ölkəmizin prezidentinə zəng etməli oldular”.

Donald Gerye 2017-ci ilin yayında “Qarabağ”la müqavilə imzalamışdı. 2019-cu ilə qədər Ağdam klubunda çıxış edən 31 yaşlı futbolçu ötən il “Neftçi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button