“Monako”nu “Anderlext”ə dəyişdi

Belçikanın “Anderlext” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Fransa təmsilçisi “Monako”dan Naser Şadlini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı futbolçu 1 illik icarəyə götürülüb.

Karyerası ərzində “Apeldorn”, “Tvente”, “Tottenhem”, “Vest Bromviç” kimi klublarda oynamış Belçika yığmasının üzvü, 2018-ci ilin avqust ayından “Monako”da çıxış edirdi. O, bu komandada cəmi 11 rəsmi oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button