Levandovski La Liqada yeni rekorda imza atdı

İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski La Liqada yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, o, 21-ci əsrdə İspaniya çempionatında 6 qol həddinə ən tez çatan futbolçuya çevrilib.

34 yaşlı hücumçu buna 5-ci tur çərçivəsində “Kadis”i 4:0 hesabı ilə məğlub etdikləri oyunda nail olub. Polşalı futbolçu səfər matçının 65-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub. Bundan başqa, o, daha 2 qolda məhsuldar ötürmə müəllifi olub.

Daha öncə La Liqada Kristiano Ronaldo 2009-cu ildə “Real”ın heyətində ilk 5 matçında 5 qol vurmuşdu. Buna qədər İspaniya çempionatında 6 qol həddinə ən tez çatan futbolçu isə “Sevilya”nın futbolçusu Andre Silva (6 oyuna 6 qol) idi. O, buna 2018-ci ildə nail olmuşdu.

Xatırladaq ki, Robert Levandovski bu ilin iyul ayında Almaniyanın “Bayern” klubundan Kataloniya təmsilçisinə keçib. O, İspaniya klubunun heyətində bütün turnirlər çərçivəsində keçirdiyi 6 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button