İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

Futbol üzrə İspaniya Sequndasında 35-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Malaqa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğubiyyətllə ayrılıb – 1:4.

İsrafilov bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Hazırda 47 xala malik “Alkorkon” 22 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button