“Hər şey gözlədiyimdən də yaxşı keçdi” – Samir Abasov

“Zirə”nin baş məşqçisi Samir Abasov “Keşlə” ilə keçirdikləri yoxlama oyunu (2:2) və toplanışın ilk hissəsi haqda fikirlərini bildirib.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, Abasov, “Keşlə” ilə qarşılaşdıqları oyunu belə şərh edib:

“Bugünkü oyun bir az sərt keçdi. Bu da başadüşüləndi. Çünki hamı özünü göstərmək istəyir. “Keşlə”yə də uğurlar arzulayıram.

Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi. Futbolçular komandaya ilk gündə qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuların peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidir.

Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu. Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar. Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın ikinci hissəsi başlayacaq. Orda da 4 yoxlama oyununa çıxacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button