“Araz”ın Çempionlar Liqası üçün iştirak ərizəsi SİYAHI

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz” oyunçularının siyahısını qitənin ali futbol qurumuna göndərib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son Azərbaycan çempionu turnirdə 12 futzalçı ilə mübarizə aparacaq:

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov;

Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye;

Baş məşqçi: Joze Alesio Da Silva.

ÇL-in oyunları oktyabrın 9-da, 10-da və 12-də Belçikada keçiriləcək. “Araz” Belçikanın “Halle-Gooik”, Portuqaliyanın “Benfina” və Ukraynanın “Xerson” klubu ilə qarşılaşacaq. Qrupda ilk 3 yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button