Fransa yığmasında Mbappe şoku

Futbol üzrə Fransa yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Türkiyə millisinə qarşı keçirəcəyi oyuna Kilian Mbappesiz çıxa bilər.

Komanda.az xəbər verir ki, buna PSJ-nin ulduz futbolçusunun ötən gecə Boliviyaya qarşı keçirilən yoxlama matçında (2:0) zədələnməsi səbəb olub. Qarşılaşmanın ilk yarısında sol ayağından zədə alan gənc hücumçu fasilədə əvəzlənib.

Fransa millisinin baş məşqçisi Didye Deşam, Mbappenin zədəsinin ciddi olmadığını, sadəcə, onunla ristk etmək istəmədikləri üçün fasilədə əvəzlədiklərini açıqlayıb. Onun Türkiyə yığmasına qarşı oynayıb-oynamayacağına qarşıdakı günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Türkiyə millisi Fransanı iyunun 8-də Konyada qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button