Benzemanın son durumu bilindi

Fransa milli komandasının Bolqarıstanla yoxlama oyununda zədələnən futbolçusu Kərim Benzemanın son durumu məlum olub.

Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun zədəsi ciddi deyil və 2-3 gün sonra komanda ilə birlikdə məşqlərə qoşulacaq.

Benzema Fransa yığması ilə AÇ-2020-nin oyunlarında iştirak edə biləcək.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa yığması turnirin qrup mərhələsində Almaniya, Macarıstan və Portuqaliya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button