Dünya çempionatında ilk medal

Türkiyənin Antalya şəhərində parataekvondo üzrə dünya çempionatına start verilib.

Komanda.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 11 təmsilçisindən 3-ü dayanq üzərinə çıxıb. 49 kq çəki dərəcəsində yer alan Röyalə Fətəliyeva (K 44) yarımfinalda məğlub olsa da, aktivinə bürünc medal yazdırıb.

75 kq-dan yuxarı çəkidəki Vüsal İsmayılov (K 44) 1/4 finalda əlindən aldığı zədə üzündən döyüşü davam etdirə bilməyib. Eyni kateqoriya və çəkidə yarışan Vüqar Adışirinov da komanda yoldaşı kimi yarımfinalın bir addımlığında məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button