Haland Çempionlar Liqasının tarixinə düşdü

Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland Çempionlar Liqasının tarixinə düşüb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 19 yaşlı hücumçu 1/8 final mərhələsinin PSJ ilə ilk matçında dubl edərək, ÇL-də bu mövsüm vurduğu qolların sayını 10-a çatdırıb. Norveçli futbolçu Çempionlar Liqasında debüt mövsümündə bu qol sayına çatan 5-ci futbolçu olub.

Halanddan əvvəl 1958/59 mövsümündə Fransa “Reyms”ində Jyust Fonten, 1978/1979-də İsveçrə “Qrasşopper”ində Klaudio Sulser və 2017/2018-də “Liverpul”da Sadio Mane ilə Roberto Firmino bunu bacarıblar.

Dortmund “Borussiya”sı Halandın vurduğu qollarla PSJ-ni 2:1 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button