Dembele hansı klubu seçəcək?

“Çelsi” bu yay “Barselona”nın hücumçusu Osman Dembeleni transfer edə bilər.

Komanda.az “Football London”-a istinadən xəbər verir ki, fransalı futbolçunun yaxınları PSJ-nin onunla fəal maraqlanmasına baxmayaraq, “Çelsi” ilə danışıqlara başlamasını istəyir.

Daha əvvəl 25 yaşlı futbolçu kataloniyalıların müqaviləni uzatmaq təklifini qəbul etməmişdi.

25 yaşlı vinger 2021/22 mövsümündə”Barselona”nın heyətində bütün yarışlarda 32 matçda 2 qol vurub və 13 məhsuldar ötürmə edib. Dembelenin Kataloniya klubu ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button