“Qarabağ” İrlandiyanı sərfəli nəticə ilə tərk etdi – ÇL

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə İrlandiyanı “Dandalk” klubu ilə qarşılaşıb. “Oriel Park” stadionunda keçirilən görüşdə hesabı Ağdam klubu açıb. Amma matçın sonlarında irlandlar məğlubiyyətdən yaxa qurtara biliblər. Beləcə, ilk oyunda qalib müəyyənləşməyib.

Komandalar arasındakı cavab oyunu isə iyulun 31-də, “Dalğa Arena”da keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

24 iyul

Dandalk (İrlandiya) – Qarabağ 1:1
Qol: P.Hoban, 78 – Mahir Emreli, 4.
Baş hakim:
Bartos Frankovski (Polşa)

Dandalk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 18. Robert Benson, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 21. Daniel Kliri, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button