Premyer Liqada favoritlərin günü

İngiltərə Premyer Liqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

“Lester” doğma meydanda “Brayton”a, “Haddersfild” “Vulverhempton”a, “Nyukasl” isə “Brayton”a qalib gəlib. Səfərdə “Kardiff Siti” ilə üz-üzə gələnə “Everton” da darmadağına sevinib.

Turun əksər qarşılaşmaları son oyun gününə təsadüf edib. “Liverpul” “Uotford”u 5, “Mançester Siti” isə “Vest Hem”i 1 cavabsız qolla məğlub edib. “Arsenal” “Bornmut”la, “Sauthempton” da “Fulhem”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Mançester Yunayted” çətin “Kristal Pelas” səfərindən 3 xalla qayıdıb.

Turun mərkəzi görüşü Londonda keçirilib. “Çelsi” doğma azarkeşləri qarşısında “Tottenhem”i qəbul edib. Paytaxt derbisində “zadəganlar” inamılı qələbəyə seviniblər.

İngiltərə Premyer Liqası, 28-ci tur

26 fevral

Kardiff Siti – Everton 0:3
Qol: Siqurdsson, 41; 66. Levin, 90.

Haddersfild – Vulverhempton 1:0
Qol: Munye, 90.

Lester – Brayton 2:1
Qol: Qrey, 10. Vardi, 63 – Propper, 66.

Nyukasl – Brayton 2:0
Qol: Şar, 24. Lonqstaff, 38.

27 fevral

Arsenal – Bornmut 5:1
Qol: M.Özil, 4. Mxitaryan, 27. Kosielni, 47. Obameyanq, 59. Lakazette, 78 – Musset, 30.

Sauthempton – Fulhem 2:0
Qol: Romeu, 23. Uord-Prouz, 41.

Çelsi – Tottenhem 2:0
Qol: Pedro, 57. Trippye, 84-öz qapısına.

Kristal Pelas – Mançester Yunayted 1:3
Qol: Uord, 66 – Lukaku, 33; 52. E.Yanq, 83.

Liverpul – Uotford 5:0
Qol: Mane, 9; 20 Oriqi, 66. Van Deyk, 79; 82.

Mançester Siti – Vest Hem 1:0
Qol: Aquero, 59-pen.

Bombardir: Məhəmməd Salah (Liverpul), Serxio Aquero (Mançester Siti) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button