Levandovski Pereslə görüşüb: “Nə danışdığımızı deyə bilmərəm”

“Bayern”in hücumçusu Robert Levandovski “Real” klubunun prezidenti Florentino Pereslə görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə polşalı hücumçu Almaniya mətbuatına açıqlamasında deyib. O, Madrid klubunun rəhbəri ilə bir neçə dəfə görüşdüyünü bildirib:

“Pereslə bir neçə dəfə görüşmüşəm. Bu görüşlərdən biri də “Real”la oyundan sonra olub. Nə danışdığımızı deyə bilmərəm.

Çempionlar Liqasında və digər liqalarda hər kəslə rəqabət apara bilərəm. Hazırda bütün diqqətim “Bayern”dədir. Komandamdan başqa heç nə düşünmürəm”.

Yay transfer pəncərəsi dövründə Levandovskinin adı “Real”la hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button