“Bavariya” Koutinyonu təqdim etdi – Rəsmi

“Bavariya” klubu “Barselona”dan Filippe Koutinyonu icarəyə götürüb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

“Bavariya” Koutinyonun icarəsi üçün “Barselona”ya 8,5 milyon avro ödəyib. Münhen təmsilçisi mövsümün sonunda 120 milyon avro ödəməklə braziliyalının transfer hüquqlarına sahib ola bilər.

Koutinyo yeni klubunda 10 nömrəli formanı geyinəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button