“Barselona”nın daha bir futbolçusunda koronavirus aşkarlandı

“Barselona”nın daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Samuel Umtitinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Xəstəliyi simptomsuz keçirən fransalı müdafiəçi dərhal evində karantinə alınıb.

Kataloniya təmsilçisinin məsələ ilə bağlı UEFA-nı məlumatlandırdığı və oyunçu ilə yaxın ünsiyyətdə olan hər kəsdən analiz götürüldüyü bildirilib.

Daha öncə Kataloniya təmsilçisinin digər müdafiəçisi Jan-Kler Todiboda koronavirus aşkarlanmışdı. Hər iki oyunçu “Barselona”nın Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə oyun üçün Lissabona gedən heyətində yer almayıb.