“Barselona” Dembeleni razı salıb

“Barselona” fransalı futbolçu Osman Dembele ilə tezliklə yeni müqavilə imzalayacaq.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, tərəflər 2024-cü ilin yayına kimi hesablanacaq yeni müqavilə bağlamağa yaxındırlar.

Dembele iyulun 1-dən azad agent statusu alıb.

Xəbərdə qeyd olunur ki, cinah hücumçusu yeni müqavilə ilə əvvəlkindən 40 faiz az qazanacaq.

Daha əvvəl “Çelsi” və “Bayern”in fransalı futbolçuya “Barselona”dan daha sərfəli müqavilə təklif etdiyi bildirilirdi.

Dembele ötən mövsüm kataloniyalıların heyətində 32 oyunda 2 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi iyunun 30-da bitib.

Bizi Telegramda izləyin