“Azərbaycanda futbol daima inkişaf edir” – millinin məşqçisi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçilərindən olan Klaudio Beluççi İtaliya mətbuatına müsahibə verib.

Komanda.az “cittaceleste.it” saytına istinadən xəbər verir ki, Beluççi, Azərbaycan yığmasındakı işindən də danışıb:

“Çox yaxşı çalışırıq və UEFA Millətlər Liqasının qrupundakı çıxışımızı başa vurduq. İndi qarşımızda DÇ-2022 üçün çətin seçmə mərhələ var, uğurlu olmaq istəyiriksə, komandadan ən yaxşısını almalıyıq. Məqsədimiz daima inkişaf etməkdir.

DÇ-2022-nin seçmə mərhələsində qrupumuz çox çətindir. Əvvəlcə Portuqaliya, sonra Serbiya ilə oynayacağıq. Azərbaycanda futbol daima inkişaf edir. Digər Avropa ölkələrinin səviyyəsinə çatmaq üçün vaxt lazımdır. Ancaq uğur qazanmaq üçün böyük arzu var. De Byazidən çox məmnunam, onunla bir-birimizi yaxşı başa düşürük. Ondan hələ daha çox şey öyrənəcəm. Özümü burdakı mühitə bağlamışam, ümid edirəm daha uzun müddət burada qalaram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button