“Atletiko”dan 20 milyonluq transfer – Rəsmi

“Portu” klubunun futbolçusu Auqusto Felipe karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Atletiko”ya transfer olunub. Bu barədə “Portu”nun rəsmi saytı məlumat yayıb. “Atletiko” Felipe üçün “Portu”ya 20 milyon avro ödəyəcək.

2016-cı ildən “Portu”da forma geyinən Felipe, geridə qalan mövsümdə 53 qarşılaşmada iştirak edib.