“Liverpul” artıq Premyer Liqa çempionluğu haqda düşünmür” – Naqelsmann

Almaniyanın “Leyptsiq” klubunun baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Liverpul”a qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, Mersisayd klubunun bütün diqqətini Çempionlar Liqasına verəcəyini deyib:

“Liverpul” artıq bütün diqqətini Çempionlar Liqasına verəcək. Komanda üzərindəki mənfi havadan qurtulmağa çalışacaqlar.

“Liverpul”un dünya səviyyəli bir komanda olduğunu bilirik. Premyer Liqada nəticələri yaxşı olmasa da, oyuna tez uyğunlaşa bilirlər. “Liverpul” artıq Premyer Liqa çempionluğu haqda düşünmür və bütün güclərini Çempionlar Liqasına verəcəklər”.

“Leyptsiq” – “Liverpul” matçı bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button