A Seriyasına yüksələn ilk klub bəlli oldu

Növbəti mövsümdə İtaliya A Seriyasında mübarizə aparacaq ilk klub məlum olub.

Komanda.az xəbər verir ki, B Seriyasının 34-cü turunda “Askoli”ni 1:0 hesabıyla məğlub edən “Breşiya”, A Seriyasına vəsiqə qazanıb. 66 xalla lider olan “ağ-göylər”, sona 2 tur qalmış elitada iştirak hüququnu təmin edib.

“Breşiya” sonuncu dəfə 8 il əvvəl – 2010-2011 mövsümündə A Seriyasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button