Əzəli rəqiblər heç-heçəyə razılaşdılar

Bu gün futzal üzrə Yüksək Liqada 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk qarşılaşmada xüsusilə də ikinci dövrədən etibarən yüksəlişdə olan “Xəzər Cənub” “Yasamal” İSK-nı sınağa çəkib. Gözlənildiyi kimi, qarşılaşma legionerlərdən qurulmuş “Xəzər Cənub”un böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyunu isə kifayət qədər maraqlı alınıb. İkinci dövrədə rəqibini 7:0 hesabı ilə məğlub edən EKOL bu dəfə matçın əvvəlində qapısından ardıcıl iki top buraxıb. Bundan sonra toparlanmağa çalışan “şirkət komandası” fasiləyə minimalhesablı yenilgi ilə yollanıb. “Neftçi”nin hesabdakı üstünlüyü ikinci hissədə də davam edib. Hətta matçın başa çatmasına 14 dəqiqə qalmış Hacıbala Abdullazadənin drujinası rəqibini üstələsə də, təcrübəli Namiq Məmmədkərimov əzəli rəqiblərin maraqlı və gərgin duelinin “sülh”lə başa çatmasını təmin edib.

Günün son oyununda isə “Yasamal” MFK “Liman”la üz-üzə gəlib. Birincilərin qələbəsi gözlənilən olsa da, “Liman” oyunun müəyyən vaxtlarında müqavimət göstərməyə çalışıb. Xüsusilə də Paşa Tanırverdiyevin məhsuldarlığını qeyd etmək olar. Ötən mövsümün ikinci bombardiri olan “Yasamal” MFK-dan Mortoza Cahandost isə aktivindəki qolların sayını artırmaq üçün hər fürsəti xeyrinə yazırdmağa çalışıb.

Yüksək Liqa, 20-ci tur

1 mart

Xəzər Cənub – Yasamal İSK 9:1

Qol
: İ. Surqalı, 01:06, 15:33, 17:45, Ş. Şahnaz, 03:02, R. Qalapur, 06:29, 34:02, 39:37, B. Şebli, 27:53, A. Şocayi, 39:58 – D. Bagheri, 34:51.

Hakimlər
: Rahin Heybətov, Fuad Həsənov, Vüsal Balaşov.
Bakı İdman Sarayı. Saat 12:30.

EKOL – Neftçi İK 6:6

Qol
: R. Çovdarov, 06:18, 14:39, F. Əliyev, 16:53, 25:54, Ə. Abasov, 34:11, N. Məmmədkərimov, 39:46 – V. Borisov, 01:12, V. Şəfayi, 01:22, 28:14, R. Balakişiyev, 08:33, M. Katebi, 13:56, 37:42.

Hakimlər: Hikmət Qafarlı, Azər Əsgərov, Ramil Namazov
Bakı İdman Sarayı. Saat 14:30.

Yasamal MFK – Liman 13:8

Qol
: T. Lətifov, 02:28, 09:05, 32:07, O. Oraz, 02:50, M. Cahandost, 02:59, 12:22, 17:11, 20:38, 29:37, Xəzər Əhməd, 04:37, 05:13, 38:40, M. Osmanov, 06:00 – P. Tanırverdiyev, 05:38 (pen.), 06:12, 13:00, 13:32, 19:39, 34:58, V. Ansari, 07:05, E. Əliyev, 31:38.

Hakimlər
: Ramiz Məhərrəmov, Elman Musayev, Vaqif Musayev
Bakı İdman Sarayı. Saat 16.30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button