Zola da “Çelsi”dən getdi

Frenk Lempardın “Çelsi”yə baş məşqçi təyinatından sonra Canfranko Zola London klubunu tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sabiq baş məşqçi Mauritsio Sarrinin köməkçisi olan Zola yeni çalışdırıcı ilə işləmək istəməyib.

Qeyd edək ki, italiyalı keçmiş hücumçu 1996-2003-cü illərdə “Çelsi”də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button