“Zirə”nin yay planı – 8 yoxlama oyunu

“Zirə”nin yay təlim-məşq toplanışının planı bəlli olub.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, komandanın hazırlığı 2 mərhələdən ibarət olacaq. İlk mərhələ Bakıda, 21 iyun-19 iyul tairxləri aralığında olacaq. “Qartallar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək.

“Zirə” iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.

Hazırlığın 2-ci hissəsi isə Türkiyənin Bolu şəhərində olacaq. “Zirə” 20 iyul-4 avqust aralığında qonşu ölkədə təlim-məşq toplanışında olacaq. “Qartallar” burda da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub. Rəqiblər məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button