“Zirə”nin ən gənc legioneri

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunu daha bir futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.

Komanda.az xəbər verir ki, “qartallar”ın 1:0 hesablı qələbə qazandığı matçın 77-ci dəqiqəsində meydana daxil olan Filipe Paxtman ilk rəsmi görüşünü keçirib.

Filipe klub tarixinə Braziliya vətəndaşı kimi qeydiyyatdan keçən 5-ci legioner kimi düşüb. Onadək Dieqo Souza, Eduard Makiel, Mateus Albino və Rangel Kayo “Zirə”nin formasını geyinib.

Paxtman “qartallar”ın heyətində meydana çıxan ən gənc legioner olub. O, 20 yaş 9 ay 23 günlüyündə qəsəbə təmsilçisində debüt edib. Cənubi amerikalıya qədər bu rekord Georgi Qoroziyaya məxsus idi. 2016/17 mövsümündə şans qazanan gürcüstanlı 21 yaş 11 ay 10 günlüyündə ilk dəfə “Zirə” forması geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button