“Zirə” “Fənərbaxça” ilə qarşılaşa bilər – Bakıda

“Zirə” Türkiyənin “Fənərbaxça” klubu ilə Bakıda yoldaşlıq oyunu keçirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Zirə”nin prezidenti Taleh Nəsibovla İstanbul klubunun baş katibi Burak Kızılhan arasında danışıq aparılıb. “Fənərbaxça”nın ofisində keçirilən görüşdə Azərbaycan Minifutbol Federasiyasının və Türkiyə klubunun idarə heyətinin üzvüləri də iştirak ediblər.

Toplantıda tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button