“Zirə” də Azərbaycanın əmsalını artırdı

“Zirə” UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

Komanda.az xəbər verir ki, bu, komandanın UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi “Torpedo”nu məğlub etməsi (3:0) sayəsində mümkün olub.

Bu qalibiyyət ölkəyə 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən “Sabah” eyni töhfəni verib.

Azərbaycan (19,062) hazırda 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.

UEFA reytinqinə İngiltərə (101.852) başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button