
Zinçenko Niderland klubuna keçir
“Arsenal”ın müdafiəçisi, hazırda icarə əsasında “Nottingem Forest”də çıxış edən Oleksandr Zinçenko karyerasını Niderlandda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Ukraynalı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək və Amsterdam “Ayaks”ı ilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atacaq.
“Nottingem Forest” rəhbərliyi isə Zinçenkonun icarə müqaviləsini vaxtından əvvəl ləğv etməyə hazırdır.
29 yaşlı müdafiəçi cari mövsümdə “meşəçilər”in heyətində 10 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



