
Zidan İspaniyaya gedib
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan İspaniyaya səfər edib. Sosial şəbəkədə yayılan videolar onun səfərini təsdiqləyir, ancaq hələ ki, Zidanın İspaniyaya getmə məqsədi məlum deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Zidan “Real”ın problemləri fonunda üçüncü dəfə komandaya rəhbərlik edə bilər.
Fransalı mütəxəssis 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi olub. Madridlilər onun rəhbərliyi altında üç dəfə ardıcıl UEFA Çempionlar Liqasını, iki dəfə İspaniya çempionluğunu, həmçinin, iki dəfə İspaniya superkubokunu, UEFA superkubokunu və Klublararası dünya çempionatını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



