“Yuventus”un hücumçusu zədələndi

İtaliya çempionu “Yuventus” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Turin klubunun hücumçusu Qonsalo İquayn məşq zamanı zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, sağ ayağının bud əzələsindən zədə alıb. 32 yaşlı oyunçunun durumunun ciddi olmadığı bildirilir.

Argentinalı hücumçunun bərpa müddəti barədə məlumat verilməyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button