
Ronaldo sosial şəbəkədə də rekorda imza atdı
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo futboldan kənar yeni rekorda imza atıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu sosial şəbəkə hesablarında ümumilikdə 500 milyon izləyici sayına çatan ilk şəxs olub.
Ronaldonun “instagram”da 261, “facebook”da 148, “tvitter”də isə 91 milyon izləyicisi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



