Buffon təşəkkür etdi: “Ədalətli olan…”

“Yuventus”la bir illik müqavilə imzalayan Canluici Buffon komanda yoldaşları Corco Kyellini və Voyçex Şçesnıya təşəkkür edib.

Komanda.az xəbər verir ki, Buffon, Kyellininin kapitanlıq sarğısı, Şçesnının isə 1 nömrəli forma təklifini qəbul etməyib. Bu barədə 41 yaşlı qapıçı İtaliya mətbuatına açıqlamasında deyib:

“Yuventus”a gəlməmişdən əvvəl “Parma”da 77 nömrəli formanı geyinirdim. Mənə zəng edib, kapitanlıq sarğısını və 1 nömrəli formanı təklif edən Kyellini ilə Şçesnıyə təşəkkür edirəm. Ədalətli olan, komandanın əsas qapıçısının 1 nömrəli formanı geyinməsidir. Qardaşım Kyellini də kapitan olaraq qalmalıdır”.

Buffon yenidən geri döndüyü “Yuventus”da 77 nömrəli formanı daşıyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button