Nə “Fənərbaxça”, nə “Beşiktaş”, Bundesliqaya qayıdır

Son günlər “Fənərbaxça” və “Beşiktaş”ın transfer hədəfində olduğu deyilən Sami Kxedira gələcək karyerası ilə bağlı qərarını verib.

Komanda.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Yuventus”dan ayrılmağa hazırlaşan 32 yaşlı futbolçu, karyerasına Almaniyada davam etmək niyyətindədir. Xəbərdə, “Fənərbaxça” ilə “Beşiktaş”ın təkliflərinin alman futbolçunu qane etmədiyi və Bundesliqada oynamaq istədiyi bildirilir.

“Ştutqart”ın yetirməsi olan futbolçu, 2015-ci ildə “Real”dan “Yuventus”a transfer olunmuşdu. Onun Turin təmsilçisi ilə 2021-ci ilin yayına kimi müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button